İqtisadi sanksiyalar və Rusiya ilə Qərb arasında münasibətlərin soyuması Krıma, Donetskə və ya Luqanska görə deyil. Bu, bəhanələrdən başqa bir şey deyil.
Rusiyaya müharibə elan edilib, həm də prinsipial və qalib sonluğa qədər sürəcək bir müharibə.
Oxu.Az xəbər verir ki, bu barədə Lenta.ru-ya qazaxıstanlı iqtisadiyyatçı Petr Svoik deyib.
Onun sözlərinə görə, məqsəd Vladimir Putinin devrilməsi və Rusiyada minimum olaraq Xodorkovski-Kudrin tipli liberal hakimiyyətli rejimin qurulmasıdır.
“Maksimum isə Rusiyanı bir neçə Avropa tipli parlament dövlətlərinə bölməkdir. Aydındır ki, baş verənlərin hamısı Rusiyanın yenidən qurulmasına yönəlib. Bu, iqtisadi deyil, siyasi müharibədir, həm də dünya miqyaslı. Və Putin, bu müharibəyə keçmiş imperiyanın (imperiya olduğunu unutmayan) siyasi lideri kimi qoşularaq sözsüz ki, öz xalqı qarşısında qalib vəziyyətindədir, belə ki, o, özü imperiyasını qaytarmaq istəyən və Krım və Ukraynanın cənub-şərqi ilə həvəslənmiş bu xalqın bir hissəsidir. Buna görə də Putin sözsüz liderdir”.