Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Tokayev: "AZAL təyyarəsinin "qara qutu"larının Braziliyaya göndərilməsi yeganə düzgün qərardır"
"Aktauda baş verən təyyarə qəzasının səbəblərinin obyektiv araşdırılması üçün hökumət komissiyası "qara qutu"ları deşifrə etmək üçün təyyarənin istehsal olunduğu Braziliyaya göndərib".
Oxu.Az-ın məlumatına görə, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev "Ana tili" ("Ana dili") qəzetinə müsahibəsində bildirib.
"Əminəm ki, bu, araşdırmanın obyektivliyini və qərəzsizliyini təmin etmək üçün yeganə düzgün qərardır", - deyə o əlavə edib.
Qazaxıstan, həmçinin, Beynəlxalq Mülki Aviasiya Təşkilatı və Dövlətlərarası Aviasiya Komitəsindən olan nümayəndələr də daxil olmaqla 17 beynəlxalq ekspert dəvət edib.
Tokayev təyyarə qəzasının səbəblərinin araşdırılmasında obyektivlik və qərəzsizliyin təmin edilməsi üçün bunun yeganə düzgün qərar olduğuna əminliyini ifadə edib.
Xatırladaq ki, dekabrın 25-də Bakıdan Qroznıya uçan AZAL-ın sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 62 sərnişin və beş ekipaj üzvü olub. Qəza nəticəsində 38 nəfər həlak olub, 29 nəfər sağ qalıb.
"AZAL təyyarəsinin qəzası" teqi üzrə xəbərlər
- Rəsmiyyə Əliyeva: "Hökumənin əlindən tutub təyyarəyə aparmışam"
- Serbiyanın ən iri aviaşirkəti Rusiyaya uçuşları məhdudlaşdırır
- AZAL təyyarəsinin gövdəsinin içindən və xaricindən yeni görüntülər: Fotolar nəyi sübut edir?
- Qroznıda AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı istintaqın "hərbi hissəsi" məxfiləşdirilib
- AZAL təyyarəsinin qəzaya uğramasından sonra daha bir ölkə aeroportlarla bağlı hərəkətə keçdi
Rəylər