Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Qazaxıstan "benzin turizmi" ilə mübarizə aparacaq
Qazaxıstan hakimiyyəti yanacağın qiymətinə qoyulan məhdudiyyətləri ləğv etmək qərarına gəlib.
Oxu.Az xəbər verir ki, bu barədə motor.ru məlumat yayıb.
Bu qərar yanacağın digər ölkələrə axınının azaldılması zərurətindən irəli gəlir. Qazaxıstan Respublikasının Rəqabətin Mühafizəsi və İnkişafı Agentliyinin sədri Marat Ömərov bildirib ki, ucuz yanacaq qonşu ölkələrdən avtomobilçilər tərəfindən aktiv şəkildə alınır və Qazaxıstandan yanacaq "axını" yaranır. Eyni zamanda, dövlət yalnız yerli əhali üçün benzin və dizelin maksimal qiymətlərini müəyyən edib.
"Benzin turizmi" ilə mübarizə aparmaq üçün ölkə hakimiyyəti yanacağın qiymətinə qoyulan məhdudiyyətləri ləğv etmək qərarına gəlib. Ölkənin yanacaq bazarının təxminən 80%-i dövlət tərəfindən idarə olunduğu üçün bunu etmək çətin olmayacaq.
"Qazaxıstan" teqi üzrə xəbərlər
- Yerjan Yerkinbayev: "Turizm ətraf mühitə zərər vermədən inkişaf etdirilməlidir"
- Türk dünyasının YAŞIL GÜNDƏMİ: Azərbaycan, Qazaxıstan və Özbəkistanın Strateji Tərəfdaşlığı
- Mansur Oşurbayev: "İqlim dəyişikliyi Xəzər dənizinin səviyyəsinin davamlı azalmasına səbəb olur"
- Qazaxıstanda keçmiş məsciddə partlayış: Ölənlər və yaralananlar var
- Xəzər sahillərində ilk dəfə mindən çox ölü suiti tapıldı