Qazaxıstan prezidenti Nursultan Nazarbayev və Ümumdünya Ticarət Təşkilatının (ÜTT) baş direktoru Robert Azevedo ölkənin təşkilata birləşməsi haqda protokol imzalayıblar.
Oxu.Az xəbər verir ki, 20 ilə yaxın aparılan danışıqlar iyunun 10-da bəhrəsini verib.
Növbəti addım sənədin Qazaxıstanda ratifikasiya edilməsidir. Gözlənilir ki, Qazaxıstanın təşkilatın tam hüquqlu üzvü olması üçün işlər oktyabrın 31-ə qədər yekunlaşacaq.
Sənəd Qazaxıstanda ratifikasiya ediləndən bir ay sonra ölkə avtomatik olaraq təşkilata üzv olacaq.
Qazaxıstan ÜTT-ün 162-ci üzvü olacaq.