San-Fransiskoda əmlak satışı ilə məşğul olan amerikalı milyonçu Ceyson Buzi istənilən ölkədən olan qaçqın və məcburi köçkünlərin yaşaya biləcəyi dövlət yaratmağı təklif edib.
Oxu.Az The Huffington Post-a istinadən xəbər verir ki, biznesmen hesab edir ki, əgər o ideyasını reallaşdıra bilsə dünyadakı qaçqın və məcburi köçkünlərlə bağlı məsələ həll ediləcək.
Özünün “Qaçqınlar milləti” adlı layihəsini həyata keçirmək üçün Buzi ölkələrin istifadə etmədiyi torpaqlarını almaq və ya dənizdə süni adalar yaratmağı təklif edir. Milyonçunun sözlərinə görə, İndoneziya və Dominikan Respublikası kimi ölkələr öz ərazilərini satmağa razılıq verərlər.
Buzi ümid edir ki, bu ölkə bütün dünya üzrə 59,5 milyon qaçqın üçün yeni ev ola bilər.