Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Qazaxıstanda baş verən təyyarə qəzasında xəsarət alan rusiyalıların vəziyyəti açıqlandı
"Qazaxıstanın Aktau şəhərinin yaxınığında qəzaya uğrayan sərnişin təyyarəsinin 9 nəfər sərnişini Rusiyaya təxliyə edilib, onlardan ikisinin vəziyyəti olduqca ağırdır, daha dörd nəfər isə süni nəfəs aparatına qoşulub".
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın səhiyyə naziri Mixail Muraşko bildirib.
"Doqquz Rusiya vətəndaşı təxliyə edilib. Daşınma zamanı onların vəziyyəti stabil qalıb, dördü süni nəfəs aparatına qoşulub, ikisi son dərəcə ağır, çoxsaylı xəsarətlər alıb, bir xəstə yüngül, qalanları isə orta ağırdır", - Muraşko jurnalistlərə bildirib.
"AZAL təyyarəsinin qəzası" teqi üzrə xəbərlər
- Astana AZAL-a məxsus təyyarə qəzasının tam araşdırılması üçün ICAO ilə əməkdaşlığı davam etdirəcək
- Aktaudakı təyyarə qəzasında həlak olmuş ekipaj üzvlərinin əşyaları Tarix Muzeyinə verilib
- Rusiya şirkəti AZAL-ın qəzaya uğramış təyyarəsinə görə sığorta ödənişini edib
- Əli Əsədov AZAL təyyarəsinin qəzasının araşdırılmasında köməyə görə Oljas Bektenova təşəkkür edib
- Qazaxıstan Aktauda baş verən təyyarə qəzasını obyektiv araşdırmağa çağırır
Ən çox oxunanlar