Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Qazaxıstanda bu gün yeni daşqınlar gözlənilir - VİDEO
Qazaxıstanın Kostanay vilayətində fövqəladə vəziyyət elan edilib.
Bu barədə şəhər administrasiyasının rəhbəri Marat Jundubayev brifinqdə məlumat verib.
Onun sözlərinə görə, Qaratomar su anbarının dolma səviyyəsi 97 faiz təşkil edib. Bu gün günorta saatlarında su səviyyəsinin daha da artacağı gözlənilir.
Son günlər Qazaxıstanın səkkiz rayonu daşqınlardan zərər çəkib. Hakimiyyət qeyd edir ki, Qazaxıstanda heç vaxt belə miqyasda daşqın olmayıb. Qazaxıstanın bütün müstəqillik dövründə ilk dəfə olaraq onun su anbarları demək olar ki, 100% doludur.
Qeyd edək ki, daşqınlar avtomobillərin hərəkətini iflic edib. Aktyubinsk, Atırau, Kostanay, Pavlodar, Manqistau və Şimali Qazaxıstan vilayətlərində səkkiz respublika əhəmiyyətli yolda avtomobillərin hərəkəti məhdudlaşdırılıb. Daşqınlarla bağlı ən kəskin vəziyyəti ölkənin qərbində müşahidə edilir. Bununla əlaqədar olaraq bir neçə gün öncə dörd regionda fövqəladə vəziyyət elan edilib.
Mənbə: “Sputnik” Qazaxıstan
Rəylər