Qazaxıstanın paytaxtı Almatının dəb və dizayn kollecində partlayış baş verib.
Bir nəfər həlak olub, daha səkkiz nəfər xəsarət alıb.
Oxu.Az xəbər verir ki, bu barədə “İnterfaks” şəhər administrasiyasının mətbuat xidmətinə istinadən bildirib.
İnsident ibtidai hərbi hazırlıq üzrə dərs zamanı baş verib. İlkin məlumata görə dərsdə qumbara partlayıb.
Nəticədə tələbə qız həlak olub, 8 nəfər yaralanıb. Kollecdən 60 nəfər tələbə təxliyyə edilib.
Hadisə yerində əməliyyat-istintaq qrupu araşdırma aparır. Almatının meri Ahmetcan Yesimov kollecə gedib.