Qazaxıstanda koronavirusa yoluxanların sayında artım olub.
Oxu.Az xəbər verir ki, son sutka ərzində daha 14 nəfərin yeni tip koronavirusa (Covid-19) yoluxduğu aşkarlanıb.
Bununla da ölkədə koronavirusa yoluxanların sayı 911 nəfərə çatıb.
İndiyə qədər virusa yoluxanlardan 10 nəfər həyatını itirib, 86 nəfər isə sağalıb.