Qazaxıstanın Kokşetau şəhərində pauerliftinq üzrə dünya çempionu Yevgeni Qaluzinskinin qətlində şübhəli bilinən bir qrup tələbə saxlanılıb.
Oxu.Az bu barədə İnterfaksa istinadən xəbər verir.
Polisin məlumatına görə, martın 14-də gecə saatlarında 25 yaşlı Qaluzinsk və kollec tələbələri arasında mübahisə düşüb, mübahisə sonradan davaya keçib. Dava əsnasında idmançı bıçaq yarası alıb və hadisə yerində ölüb.
Baş verən hadisə ilə əlaqədar istintaq aparılır. Hazırda 18 yaşlı oğlan göz altına alınıb, qalan dörd nəfər heç bir yerə getməmək haqqında iltizam alınaraq buraxılıb.
N.О.
www.oxu.az