“Qanuni ailə qurmaq üçün “Borat” üslubunda qız qaçırma Qazaxıstanda adi haldır” - NY POST nəşriyyatı yazır.
Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, Akmola əyalətində çəkilən videoda qızı zorla təzə bəyin qohum-əqrəbası yığılan evə gətirirlər. Videoda “istəksiz gəlinin” fəal müdafiəsi görünür.
Bu video bəyin qohumlarının biri tərəfindən çəkilib internetə qoyulub, sonradan isə Youtube-da ən çox baxılan videolardan olub.
Məhz elə bundan sonra qərbi KİV-in və Central European News-un diqqəti videoya cəmlənib.
“Səhnədə ənənəvi nikah mərasiminin bütün ünsürləri mövcuddur: qazax mahnısı, xüsusi toy xalısı və gəlinin arxasınca atılan konfetlər”, - nəşriyyat yazır.
Nəşr həmçinin Saşa Baron Koenin, gəlinin Pamela Andersanın Borat tərəfindən qaçırılma səhnəsi olan, qalmaqallı “Borat” filmini xatırlayıb.
NY POST həmçinin statistikanı təqdim edir: son göstəricilərə görə Qazaxıstanda qızların 60%-i ənənələrə uyğun olaraq qaçırılmanın qurbanı olub.