Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Qazaxıstanda sabiq nazir arvadını restoranda boğaraq qətlə yetirib - FOTO
Astanada arvadı Saltanat Nukenovanı restoranda mübahisə zamanı öldürməkdə təqsirləndirilən Qazaxıstanın keçmiş milli iqtisadiyyat naziri Kuandıq Bişimbayevin məhkəməsi davam edir.
Bişimbayev iddia edir ki, onlar bir neçə saat restoranın VİP kabinəsində mübahisə ediblər. Onun sözlərinə görə, Saltanat tualetdə başını kafel döşəməyə vurub. Cütlük evə qayıtdıqdan sonra isə qadın yerinə uzanaraq yuxuya gedib. Səhər əri onu bir neçə dəfə oyatmağa çalışıb, lakin yalnız səkkiz saatdan sonra onun nəbzinin olmadığını və bədəninin soyuq olduğunu görüb.
İstintaq iddia edir ki, Bişimbayev mübahisə zamanı qadını boğub, həmçinin restoranın sahibindən, qardaşından müşahidə kameralarından qeydləri silməyi və arvadının telefonunu evə aparmasını istəyib. Sabiq nazir qəsdən adam öldürmədə özünü təqsirli bilmir.
Qeyd edək ki, Kuandıq Bişimbayev 2023-cü ilin noyabrında saxlanılıb. Onun məhkəməsi mart ayında başlayıb.
Mənbə: meduza.io
Rəylər