Qazaxıstanın Akmola vilayətində içərisində futbol komandasının uşaqlarının olduğu mikroavtobus aşıb.
Oxu.Az xəbər verir ki, bu barədə Akmola vilayətinin polis idarəsi məlumat yayıb.
Avtomobil qəzası nəticəsində məşqçi yerindəcə ölüb. Uşaqlar tibb müəssisəsinə yerləşdirilib, onlar həkimlərin nəzarəti altındadır.
Bildirilir ki, mikroavtobusun sürücüsü yük avtomobilini ötərkən nəqliyyat vasitəsini aşırıb. Mikroavtobusda 14-16 yaşlı 16 uşaq və bir məşqçi olub.