Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Aynişan Quliyevaya qarşı DƏLƏDUZLUQ
Tanınmış bloqer Aynişan Quliyevaya qarşı dələduzluq edilib.
Oxu.Az xəbər verir ki, naməlum şəxs onun adından anası, əməkdar artist Aybəniz Haşımovaya və digər yaxınlarına mesaj yazaraq pula ehtiyacı olduğunu bildirib.
Bu barədə Aynişan şəxsi "Instagram" hesabında paylaşım edib. O bildirib ki, sözügedən şəxs onun "Telegram" hesabını ələ keçirərək hamıdan pul istəyib.
Bloqer artıq bununla bağlı şikayət də edib. O, polis bölmələrindən birində həmin dələduz barəsində şikayət ərizəsi yazıb.
Ən çox oxunanlar