Futbol tarixinin ən yaxşı bombardiri, Səudiyyə Ərəbistanının "Ən-Nəsr" klubunda çıxış edən Kriştianu Ronaldu komandasını dəyişə bilər.
Oxu.Az xəbər verir ki, bu barədə "Sport Bible"in tanınmış ərəb jurnalisti Nasir Cabbar məlumat paylaşıb.
K.Ronaldunun 2025-ci ildə keçiriləcək klublararası dünya çempionatında iştirak etmək üçün "Ən-Nəsr"i tərk etməyi nəzərdən keçirdiyi bildirilir.
Londonun "Çelsi" və "Mançester Siti" klubları portuqaliyalı oyunçunu transfer etməyə iddialıdırlar. K.Ronaldu turnirdə iştirak etmək üçün bu klublardan biri ilə bir aylıq müqavilə bağlaya bilər.