Daha öncə böyük məbləğdə rüşvət almaqda şübhəli bilinərək saxlanılan Qazaxıstanın Milli iqtisadiyyat naziri Kuandık Bişimbayev həbs edilib.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Milli korrupsiya ilə mübarizə bürosunun mətbuat xidməti məlumat yayıb.
“Yanvarın 12-də Astananın Almata rayonunun 2 saylı məhkəməsinin Kuandık Bişimbayevə qarşı sanksiyalara görə həbs cəzası tətbiq edilib”, - məlumatda deyilir.
Daha öncə Bişimbayevin dəfələrlə iri məbləğdə rüşvət almaqda ittiham edildiyinə dair məlumat yayılmışdı.
N.O.
www.oxu.az