Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Qazaxıstanlı nazirdən AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı YENİ AÇIQLAMA
"Qazaxıstanın Aktau şəhəri yaxınlığında AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı ilkin hesabat yaxın günlərdə açıqlanacaq".
Oxu.Az "Tengrinews"a istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın nəqliyyat naziri Marat Karabayev bildirib.
"Mütəxəssislər çox çalışırlar. Biz artıq söyləmişdik ki, prosesə Azərbaycan Respublikasından, Rusiya Federasiyasından, Braziliyadan və Beynəlxalq Mülki Aviasiya Təşkilatından mütəxəssislər cəlb olunublar. İlkin hesabatın yaxın günlərdə rəsmi saytımızda dərc olunması planlaşdırılır. Mütəxəssislərə işlərini başa çatdırmaq üçün vaxt lazımdır. Bu, çox incə, əziyyətli işdir", - deyə Marat Karabayev vurğulayıb.
Qeyd edək ki, ötən il dekabrın 25-də Azərbaycan Hava Yollarına məxsus Bakı-Qroznı reysini həyata keçirən "Embraer 190" sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 5 ekipaj üzvü olmaqla 67 nəfər olub. Qəza nəticəsində Azərbaycan, Rusiya və Qazaxıstan vətəndaşları daxil olmaqla 38 nəfər həyatını itirib.

"AZAL təyyarəsinin qəzası" teqi üzrə xəbərlər
- Astana AZAL-a məxsus təyyarə qəzasının tam araşdırılması üçün ICAO ilə əməkdaşlığı davam etdirəcək
- Aktaudakı təyyarə qəzasında həlak olmuş ekipaj üzvlərinin əşyaları Tarix Muzeyinə verilib
- Rusiya şirkəti AZAL-ın qəzaya uğramış təyyarəsinə görə sığorta ödənişini edib
- Əli Əsədov AZAL təyyarəsinin qəzasının araşdırılmasında köməyə görə Oljas Bektenova təşəkkür edib
- Qazaxıstan Aktauda baş verən təyyarə qəzasını obyektiv araşdırmağa çağırır