“Turkmənqaz” ilə müqaviləni pozan “Qazprom” türkmən tərəfini müqavilənin dayandırılması üçün şərait yaratmaqda ittiham edib.
Oxu.Az xəbər verir ki, bu barədə “İnterfaks” Rusiya konserninin avrosəhmlərinin yeni buraxılış materiallarına istinadən məlumat yayıb.
“2016-cı ilin yanvarında “Turkmenqaz” tərəfindən sazişdə ciddi pozuntulara yol verməsi nəticəsində biz Türkmənistandan qaz alışının dayandırılması barədə şirkətə xəbərdarlıq etmişik”, - sənəddə qeyd edilir.
“Qazprom” bəyan edib ki, 2010-2015-ci il türkmən qazının qiymətinə yenidən nəzərdən keçirməyi tələb edir.
2008-ci ilin böhranının əvvəlindən “Qazprom” alınan türkmən qazının qiymətinə yenidən baxmağa çalışıb. Keçən ilin ortalarında “Qazprom” qiymətin yenidən baxılması ilə bağlı Stokholm arbitrajında “Turkmenqaz”a qarşı iddia qaldırıb.
2014-cü ildə 11 milyard kubmetr olan alışlar 2015-ci ildə 3 milyard kubmetrə düşüb.
2016-cı ilin yanvar ayından “Qazprom” türkmən qzının alışını dayandırmaq qərarına gəlib.