Rusiyanın “Qazprom” şirkətinin prezidenti Aleksey Miller avtomobil qəzasına düşüb.
Oxu.Az xəbər verir ki, bunu REN TV-yə şirkətin nümayəndəsi Sergey Kupriyanov deyib.
Hadisənin hava limanına gedən yolda baş verdiyi deyilir.
Kupriyanov qeyd edib ki, şirkətin prezidentinin səhhətində problem yoxdur.