Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Qəhvənin qiyməti tarixi zirvəyə çatdı
Qəhvə ilin ən çox tələbat olan məhsullarından birinə çevrilib. Qlobal qıtlıq ehtimalı səbəbindən qiymətlər rekord səviyyəyə yüksəlib.
Oxu.Az-ın "Bloomberg"ə istinadən verdiyi məlumata görə, Nyu-Yorkda arabika növü qəhvənin fyuçersləri bir funt (0.45 kq) üçün 3.44 dollara satılır. Bu, 1977-ci ildə qeydə alınmış əvvəlki tarixi maksimumu geridə qoyub.
Qiymət artımının əsas səbəbi Braziliyadakı quraqlıqdır. Bu təbii fəlakət səbəbindən yaxın gələcəkdə qəhvə tədarükünün azalacağı gözlənilir. Bundan əlavə, Vyetnamda daha ucuz olan robusta növünün istehsalına da hava şəraiti mənfi təsir edib.
"qəhvə" teqi üzrə xəbərlər
- Mütəxəssis Devid Benavides qəhvənin niyə yuxuya qarşı "işlədiyini" izah etdi
- Həddindən artıq enerji içkisi içməyin təhlükələri: Türkiyəli mütəxəssis xəbərdarlıq etdi
- Dünyada qəhvə tədarükü minimuma endirildi
- Ölümcül kokteyl: İnfarkta səbəb olan içki barədə XƏBƏRDARLIQ
- Qəhvənin yuxuya mənfi təsiri: Gecə, ya gündüz içmək lazımdır?
Ən çox oxunanlar