Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Qərb Ukraynaya vəd etdiyi yardımın yarısını verib
2022-ci ildə müharibə başlayandan Qərb ölkələri Ukraynaya 238.5 milyard dollarlıq yardım edib ki, bu da ölkənin eyni dövr üçün büdcə xərclərinin az qala 90%-i deməkdir.
Oxu.Az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu rəqəmlər Ukrayna Maliyyə Nazirliyinin açıq məlumatlarına əsasən hesablanıb.
Bildirilir ki, eyni müddət ərzində Ukrayna büdcəsinin xərcləri 274.6 milyard dollar təşkil edib.
Qeyd olunur ki, Qərb Ukraynaya vəd edilən yardımdan (416 milyard dollar) 43% az vəsait təqdim edib. Eyni zamanda, Qərb hərbi təchizat sahəsində də vəd etdiyi yardımın 75%-ni köçürüb.
Ukraynanın ən böyük donoru ABŞ-dir. Vaşinqton Kiyevə 95 milyard dollardan çox pul verib. Bu vəsaitin böyük hissəsi - üçdə ikisi hərbi yardım şəklində verilib.
Aİ Ukraynaya 94.2 milyard dollar maliyyə və hərbi yardım köçürüb.
"Qərbin Ukraynaya yardımı" teqi üzrə xəbərlər
- Avropa Şurasının sədri: "Aİ Rusiyanın aktivlərini blokdan çıxarmayacaq"
- Orban Macarıstandan Aİ-yə 12 tələb irəli sürdü
- Fransa parlamenti Rusiyaya qarşı qətnamə qəbul etdi
- Avropa İttifaqı Kiyevə yeni hərbi yardım paketinin hazırlanmasını dayandırdı
- Ursula fon der Lyayen Avropanı yenidən silahlandırmaq üçün 800 milyard avroluq plan təklif etdi