Bəhreyn və Küveyt İranın Qətərdəki ABŞ hərbi bazasına endirdiyi zərbədən sonra bağladığı hava məkanlarında mülki aviasiya uçuşlarına qoyulan məhdudiyyətləri aradan qaldırıb.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə iki ölkənin aviasiya qurumları məlumat yayıb.
Həmçinin Dubay (BƏƏ) hava limanları qısa fasilədən sonra tam fəaliyyətini bərpa edib, lakin bəzi reyslər gecikə və ya ləğv edilə bilər. Bu barədə əmirlik hökumətinin Mətbuat Xidməti məlumat yayıb.
İranın Qətərdəki ABŞ hərbi bazalarına raket hücumundan sonra rəsmi Doha ölkədə fövqəladə vəziyyət elan edib.
Oxu.Az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, bölgədə vəziyyətin gərginləşməsi fonunda Qətərin ardınca İraq, Küveyt, BƏƏ və Bəhreyn də hava məkanını bağlayıb.