İmmun çatışmazlığı virusunun yayılma tempi azalır.
Oxu.Az Euronews-a istinadən xəbər verir ki, HİV/QİÇS üzrə BMT-nin vahid proqramına dair təqdim edilən məruzədə ekspertlər bu qənaətə gəliblər.
Burada qeyd edilib ki, keçən il 2,1 milyon nəfər HİV-ə yoluxub, belə ki, 2001-ci ildə bu göstərici 3,4 milyon idi. Ümumilikdə isə dünyada 35 milyon HİV-ə yoluxmuş insan var. Bununla yanaşı ekspertlər göstərirlər ki, onlardan 19 milyonu bundan xəbərsizdir.
Ötən il ərzində QİÇS-dən 1,5 milyon adam ölüb, bu isə əvvəlki ildən 200 min nəfər azdır. 2005-ci il ilə müqayisədə QİÇS-lə əlaqəli xəstəliklərdən bütün dünyada 2,4 milyon nəfər vəfat edib, ölüm hallarının sayı üçdə bir dəfə azalıb.
BMT mütəxəssisləri ümid edirlər ki, 2030-cu il üçün xəstəliyin yayılması dayandırıla bilər, amma qeyd edirlər ki, epidemiya ilə mübarizə üsullarının ənənəvi və sınaqdan keçmiş üsulları qənaətbəxş olmaya bilər.