Qırğızıstan xarici vətəndaşların ölkədə qalması ilə bağlı sadələşdirilmiş rejimin tətbiqinə hazırlaşır.
Oxu.Az Qırğızıstanın 24.kg saytına istinadən xəbər verir ki, bu barədə Dövlət miqrasiya xidmətinin sədrinin müavini Almazbek Asanbayev bildirib.
Onun sözlərinə görə, qeydiyyat olmadan Qırğızıstanda qalma müddətinin uzadılması barədə qərar layihəsi hazırda nəzərdən keçirilməsi üçün hökumətə verilib. Bu qanun layihəsi qəbul olunana qədər bütün əcnəbi vətəndaşlar 5 gün müddətində qeydiyyata düşməlidirlər.
O, hökumətin vətəndaşlarına sadələşdirilmiş rejimin tətbiq ediləcəyi ölkələrin siyahısını genişləndirdiyini bildirib. Bu ölkələr Qırğızıstan üçün təhlükə mənbəyi olmayanlardır. Məsələn, sadələşdirilmiş rejim Azərbaycan, Belarus, Baham adaları, Kuba, Birləşmiş Ərəb Əmirlikləri, Ermənistan, Venesuela və başqa ölkələrin vətəndaşlarına qarşı tətbiq ediləcək.
N.O.
www.oxu.az