“Bank Standard” QSC-nin qorunan əmanətçilərinə 421 milyon 884 min manat artıq kompensasiya ödənişi baş tutub.
Oxu.Az Əmanətlərin Sığortalanması Fonduna istinadən xəbər verir ki, bankda ümumi kompensasiya öhdəliyinin 96%-i əmanətçilərə ödənilib.
Qeyd edək ki, bankda kompensasiya olunmalı cəmi 460 milyon manat məbləğində əmanət var.
Ümumilikdə Fond tərəfindən bağlanan 10 bank üzrə cəmi 708 milyon 643 min manatdan artıq kompensasiya ödənilib.
U.A.
www.oxu.az