Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
:1200.jpg)
Qırğızıstan bəzi turistlər üçün vizasız rejimin tətbiqini nəzərdən keçirəcək
Qırğızıstan Şengen və ya Amerika vizası olan turistlər üçün vizasız rejimin tətbiqini nəzərdən keçirəcək.
Nazirlər Kabinetinin sədr müavini Bakıt Torobayev turizm biznesi assosiasiyalarının nümayəndələri ilə görüşüb. Görüş əsnasında turizm sahəsinin inkişafı ilə bağlı aktual məsələlər, eyni zamanda turizm sənayesi üçün strategiyanın hazırlanması, təhlükəsizliyin təminatı məsələləri, turizm sənayesi subyektlərinin reyestrinin formalaşdırılması qaydaları və turistlərə dəvətnamələrin verilməsi mexanizmləri müzakirə olunub.
Görüşün nəticələrinə əsasən, Xarici İşlər Nazirliyinə Şengen və Amerika vizaları olan turistlərin Qırğızıstan Respublikasına girişi üçün vizasız rejimin tətbiqinin məqsədəuyğunluğunu nəzərdən keçirmək, həmçinin bir ay müddətində Qırğızıstan, Özbəkistan və Qazaxıstanın viza rejimlərinin qarşılıqlı tanınması məsələsini işləyib hazırlamaq tapşırılıb.
Mənbə: RİA Novosti
"Qazax" teqi üzrə xəbərlər
- Qazaxda sinif otağının tavanı ÇÖKÜB: Müəllim və şagirdlər təhlükəsiz yerə köçürülüblər
- Aİ-nin sərhəd avantürası - "Missiya" bu dəfə Qazax və Qubadlı istiqamətinə gəlib
- Qazaxda 19 yaşlı oğlan intihar edib
- Gənc qadın dərman içib özünü bıçaqladı: Qazaxda baş verən hadisənin TƏFƏRRÜATI
- Qazaxda evdə yanğın olub