Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Qırğızıstan prezidenti müalicəsini Moskvada davam etdirəcək
Qırğızıstan prezidenti Almazbəy Atambayev Rusiya tərəfinin dəvəti ilə müalicəsini davam etdirmək üçün Moskvaya yola düşüb.
Oxu.Az bu barədə Rusiya KİV-nə istinadən xəbər verir.
“Mütəxəssislərin tövsiyələri və Rusiya tərəfinin təklifi ilə Qırğızıstan prezidenti müalicəsini daha öncə onu müayinə edən və ürək xəstəliyini müalicə edən həkimlərin yanında davam edəcək”, - məlumatda deyilir.
Atambayevin Mərkəzi Klinik Xəstəxanada müalicə olunduğu bildirilib.
2016-cı ilin sentyabrın 19-da Qırğızıstan prezidenti Almazbəy Atambayev BMT-nin Baş Assambleyasının iclasında iştirak etmək üçün ABŞ-a yola düşüb. Nyu-York aviareysi ilə uçmaq üçün Bişkekdən İstanbula gələrkən qırğız lideri döş qəfəsindəki ağrılardan şikayətlənib.
Türk həkimləri Almazbəy Atambayevin ürəyində problemlər aşkar ediblər. Nəticədə qırğız prezidenti qısamüddətli məzuniyyət götürüb və Türkiyədə müalicə kursu keçib.
N.O.
www.oxu.az
"Birləşmiş Millətlər Təşkilatı (BMT)" teqi üzrə xəbərlər
- Boliviyadan Sabunçuya daşınan yarım milyonluq kokain - Polis əməliyyatının MARAQLI DETALLARI
- Azərbaycanın antiterror reytinqi artaraq dünyanın ən təhlükəsiz ölkələri sırasına yüksəlib
- Abbas Abbasov BMT-də Fransanın müstəmləkəçilik ərazilərindəki uşaqlara zorakılıqdan danışıb
- "Trampa bataqlığın qurudulmasında uğurlar" - ABŞ-də baş verənləri maraqla izləyirik
- Bernardo Mariano: "Süni zəka daha böyük problemləri həll edə bilər"