Qırğızıstan prezidenti Almazbek Atambayev dekabrın 5-dən əmək məzuniyyəti götürüb.
Oxu.Az bu barədə RİA Novosti-yə istinadən xəbər verir.
“Bu gün dekabrın 5-də Qırğızıstan Respublikasının prezidenti Almazbek Atambayev əmək məzuniyyəti götürüb”, - prezidentin mətbuat xidmətindən bildirilib.
Qeyd edilir ki, prezidentin məzuniyyətdən qayıdacağı tarix açıqlanmır.
N.O.
www.oxu.az