Qırğızıstanda prezident seçkilərində iştirak etmək istəyən 25 nəfər namizəd qismində qeydiyyatdan keçmək üçün MSK-ya ərizə ilə müraciət edib.
Oxu.Az-ın məlumatına əsasən, bu barədə RİA “Novosti”-yə Mərkəzi Seçki Komitəsinin mətbuat xidmətinin nümayəndəsi məlumat verib.
Qırğızıstanda prezident seçkiləri oktyabrın 15-nə təyin olunub, iyunun 15-dən isə namizədlərin irəli sürülməsinə başlanılıb. Qırğızıstan konstitusiyasına əsasən, ölkə prezidenti altı il müddətinə seçilir.
Bir şəxs cəmi bir dəfə bu yüksək vəzifəyə seçilə bilər.
N.О.