Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
![Qırğızıstanda metapnevmovirus infeksiyasına yoluxma halı qeydə alınıb](https://images.oxu.az/2025/01/06/o2OXfF90LgLtUWToHrDAFXq5Q1sJjo7BZqMP2fpr:1200.jpg)
Qırğızıstanda metapnevmovirus infeksiyasına yoluxma halı qeydə alınıb
Qırğızıstanda 2024-cü ilin son günlərində yeni meydana çıxan metapnevmovirusa iki yoluxma halı qeydə alınıb.
Oxu.Az xəbər verir ki, bu barədə Qırğızıstanın Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumatda, həmçinin qeyd olunur ki, hazırda ölkədə epidemioloji nəzarət tədbirləri gücləndirilib, pasiyentlərdən götürülən nümunələr laboratoriyaya göndərilib.
"2024-cü ilin oktyabrından dekabrına qədər xəstələrdən ümumilikdə 1 144 nümunə toplanıb, nəticədə metapnevmovirusa iki yoluxma halı qeydə alınıb", - məlumatda qeyd olunur.
Qeyd edək ki, Çinin şimal əyalətlərindəki xəstəxanaların əksəriyyəti uşaq və yeniyetmələrdən ibarət metapnevmovirus xəstələri ilə doludur. Xəstəlik COVID-19-un simptomlarına bənzər əlamətlərlə müşahidə olunur: boğaz ağrısı, öskürək, zəiflik, başgicəllənmə, titrəmə. Ümumilikdə isə xəstəlik yüngül keçir, lakin immun sistemi zəif olan insanlarda bronxit və pnevmoniya inkişaf edə bilər.
"Metapnevmovirus" teqi üzrə xəbərlər
- Nazirlik: "Azərbaycanda qrip və digər respirator viruslara yoluxma halları müşahidə olunur"
- Həkim uşaqların soyuqdəyməsindən danışdı: "Əslində, soyuq hava xəstələndirmir"
- Azərbaycanda metapnevmovirusa yoluxan var? - RƏSMİ CAVAB
- Metapnevmovirus infeksiyası ilə bağlı dünyada pandemiya təhlükəsi varmı? - ÜST-dən AÇIQLAMA
- Yeni virus COVID-dən daha təhlükəlidir? - Mütəxəssis izah edir
Rəylər