Qırğızıstanın Milli Bankının rəhbəri Tolkunbek Abdıqulov ölkədə turizmin inkişafı üçün marixuananı qanuniləşdirməyi təklif edib.
Oxu.Az bnews.kz-a istinadən xəbər verir ki, öz təklifini o, 2040-cı ilə qədər Dayanıqlı İnkişaf Strategiyası üzrə iclasda səsləndirib.
İssık-Kul gölündə və Türkiyədə istirahətin qiymətini müqayisə etdikdən sonra Abdıqulov bu rəqabətdə Qırğızıstanın məğlub olduğunu bildirib.
“Qırğızıstanlılar Türkiyəyə daha çox gedirlər, nəinki İssık-Kula. İstanbula və geri biletin qiyməti 300 dollardır, altı gün və qidalanma. Orada kiminlə rəqabət aparmaq istəyirsiniz? Bir şey düşünmək lazımdır. Turistlər üçün cənnət yaratmaq lazımdır. Mən bura turistləri gətirməyin yolunu bilirəm. Marixuananı qanuniləşdirin. Başqa heç nə etmək lazım deyil. Vəssalam. Turistiniz bol olacaq. Bütün MDB burada olacaq. Mehmanxanalarda boş yer qalmayacaq. Bax bu addımdır”, - gülümsəyərək Abdıqulov deyib.
N.О.
www.oxu.az