Çinli qadın ərinin cinsiyyət orqanını iki dəfə kəsib, The New-York Post xəbər verir. Hadisə yanvar ayının 13-də, 21 yaşlı Fenq Lunq (Feng Lung) 32 yaşlı əri Fan Lunqun (Fan Lung) ona xəyanət etdiyini öyrəndikdən sonra baş verib.
Arvadının telefonundan öz məşuqəsinə “email” yollayan kişi elektron ünvanından çıxmağı unudub, nəticədə arvadı onun xəyanət etdiyini öyrənib. Əsəbindən quduran qadın yataq otağına keçərək ərinin cinsiyyət orqanını qayçı ilə kəsib. Fan Lunq xəstəxanaya yatırılıb, həkimlər onun cinsiyyət orqanını yerinə tikiblər.
Lakin baş verənlər bununla bitməyib. Qısqanc qadın xəstəxanaya da yol taparaq, ikinci dəfə onun cinsiyyət orqanını kəsib və pəncərədən küçəyə atıb.
Bundan sonra o, xəstəxanadan qaçmaq istəyib, amma yarasından axan qana baxmayaraq kişi qadını xəstəxana qapısında yaxalayaraq döyüb. Fenq Lunq sağlığa ağır zərər yetirdiyinə görə həbs edilib.
Qeyd edilib ki, kişinin cinsiyyət orqanını yenidən tikmək mümkün olmayıb, belə ki, o tapılmayıb. Polisdə onu (cinsiyyət orqanını) hər hansı bir küçə heyvanının - itin və ya pişiyin apardığını ehtimal ediblər.
KİV-in məlumatına əsasən, Fan Lunq beş uşaq atasıdır. Amma onların hamısının Fenq Lunq ilə nikahdan olması məlum deyil.
The New-York Post qeyd edir ki, kişinin 21 yaşlı sevgilisi Janq Hunq (Zhang Hung) bu xəbərə sakit reaksiya verib. Onun sözlərinə görə, kişinin uşağa sahib olmaq qabiliyyətini itirməsi onu narahat etmir.
“Onun artıq beş uşağı var”, - o, qeyd edib.
The Shanghaiist-in məlumatına görə, ərinə ciddi xəsarət yetirən Fenq Lunq 10 il azadlıqdan məhrum edilə bilər.
Çində belə bir hadisənin baş verdiyi ilk dəfə deyil. Belə ki, 2014-cü ilin sentyabr ayında Fuçjou şəhərinin sakini ərinin xəyanətindən şübhələnərək, onun cinsiyyət orqanını kəsib, sonra isə unitaza atıb.