Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Qlobal istiləşmə: Himalay buzlaqları əriyir
İqlim dəyişikliyi Hinduquş və Himalay dağ silsiləsinin buzlaqlarına ciddi təhlükə yaradıb. Son araşdırmaya əsasən, yaxın zamanda karbon qazı emissiyalarının atmosferdəki həcmi azalmasa, nəhəng buzlaqların üçdə iki hissəsi yoxa çıxacaq.
BBC-nin məlumatına görə, bu barədə Beynəlxalq İnteqrasiyalı Dağ İnkişaf Mərkəzinin (International Centre for Integrated Mountain Development) dərc etdiyi hesabatda deyilir.
Dünya əhalisi əsrin sonuna kimi orta temperatur artımını 1,5 selsiyə qədər endirsə belə, ən yaxşı halda buzlaqların üçdə bir hissəsi əriyəcək. Qeyd olunan buzlaqlar səkkiz müxtəlif ölkədə yaşayan 250 milyon insanın əsas su mənbəyi sayılır.
K2 və Everest zirvələri şimal və cənub qütblərindən sonra ən çox buz təbəqəsinin konsentrasiya olunduğu məkanlar sayılır. Habelə alimlərin hesablamalarına görə, indiki qlobal istiləşmə templərinə görə Himalay və Hinduquş dağları gələn əsrdən etibarən ağ örpəkdən məhrum olub, çılpaq qayalara çevriləcək.
İqlim dəyişikliyinə, o cümlədən, qlobal istiləşməyə təsir göstərən əsas amillərdən biri kimi dünya əhalisinin çoxalması və bunun nəticəsində atmosferin çirklənməsi göstərilir.
Rəylər