Rusiyanın “Vahid Rusiya”, Kommunist Partiyası və Liberal-demokrat partiyalarından olan bir sıra deputatlar bu ölkənin Baş Prokurorluğa SSRİ-nin dağılması səbəblərini araşdırmaq üçün müraciət ediblər.
Oxu.Az “İzvestiya”-a istinadən bildirir ki, müraciət və prokurorluğun yoxlamaları əsasında deputatlar bir neçə, o cümlədən də SSRİ-nin sabiq prezidenti Mixail Qorbaçova cinayət işinin açılmasına ümid ediblər.
Müraciətdə, SSRİ vətəndaşları referendumda dövlətin vahidliyinin saxlanılmasına səs veriblər, rəhbərlər isə dövlətin dağılmasına gətirib çıxaran fəaliyyət göstəriblər. Qanunverici orqanlar bildiriblər ki, hələ 4 noyabr 1991-ci ildə SSRİ Baş prokurorluğunun qanunlara riayətə nəzarət idarəsi Qorbaçova cinayət işi açsalar da səhərisi gün o işi ləğv ediblər.
Qorbaçovu SSRİ Dövlət Şurasını yaratmasında və onunla dövləti idarə etməsində günahlandırırlar. Çünki belə bir orqan konstitusiyada nəzərdə tutulmamışdı.
Dövlət Şurası baltikyanı ölkələrin müstəqilliyini qəbul edən sərəncamlar tərtib edirdi, halbuki, belə qərarları hüquqi hakimiyyət orqanları da qəbul edə bilməzdi.
Deputatların fikrincə SSRİ-nin süqutu 23 il sonra da aktualdır, Ukrayna hadisələrinin fonunda isə o hətta vacib məsələyə çevrilir. Onlar hesab edirlər ki, belə cinayətlər zamanla unudulmur.