Rusiyanın xalq artisti, Azərbaycan tamaşaçısının “Qorxma, mən səninləyəm” filmindəki rolu ilə yadında qalan Muxtarbek Kantemirov 84 yaşında dünyasını dəyişib.
Bu barədə Oxu.Az Sputnik-ə istinadən xəbər verir.
Kantemirov 1934-cü ildə fevralın 18-də peşəkar sirk artistləri ailəsində anadan olub. Onun atası Ali-Bek Kantemirov Rusiyada “Osetiyanın igidləri” (“Ali-Bek”) adlı ilk atlı sirkin əsasını qoyub.
Muxtarbek Kantemirov “Kaskadyor” adlı atlı teatrın bədii rəhbəri olub. “Rusiya əzəli”, “Marş -atış”, “Qorxma, mən səninləyəm!” kimi filmlərdə çəkilib.
N.O.