Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Qreta Tunberq koronavirusla mübarizəyə 100 min dollar ianə etdi
İsveçli eko-fəal Qreta Tunberq UNICEF-in hesabına 100 min dollar vəsait köçürüb.
Məqsəd koronavirusa yoluxmuş uşaqların müalicəsinə yardım etməkdir.
Xəbəri “İnterfaks” agentliyi yayıb.
Göstərilən məbləğ Q.Tunberqin hesabına Danimarkada fəaliyyət göstərən “Human Act” təşkilatı tərəfindən fevral ayında köçürülmüşdü.
17 yaşlı eko-fəalın fikrincə, COVID-19 pandemiyası iqlim böhranı qədər, uşaqların həyatına da təhlükə törədir.
Məlumat üçün qeyd edək ki, isveçli yeniyetmə Qreta Tunberq 2018-ci ilin avqust ayında iqlim dəyişikliyi ilə mübarizəyə diqqət çəkmək üçün tətil elan edib və İsveç parlamentinin önündə oturaraq dinc aksiya keçirib. Bu aksiya qısa müddətdə qlobal hərəkata çevrilib.
Q.Tunberqin anası - opera müğənnisi Malena Ernman, atası isə aktyor Svante Tunberqdir.
Qreta Tunberqə Asperger sindromu (autizmin yüngül formalarından biri) diaqnozu qoyulub. Bu diaqnozlu insanlar ünsiyyət problemi yaşayırlar, amma rasional təfəkkürə, analitik zəkaya malik olur və çox vaxt elmdə böyük uğurlar qazanırlar.
Qreta Tunberq BMT-də iqlim problemləri üzrə zirvə görüşündə çıxışından sonra bütün dünyada məşhurlaşıb.
"BMT" teqi üzrə xəbərlər
- Azərbaycanın daimi nümayəndəsi BMT Baş katibini mina çirklənməsi probleminə diqqət yetirməyə çağırıb
- COP29 ərəfəsində 200-ə yaxın nəzarətdə olan media qurumu Azərbaycanla bağlı neqativ məlumat yayıb
- Qalib xalqın, qalib dövlətin rəhbəri: Bu gün Azərbaycan Cənubi Qafqazın ən güclü dövlətidir
- Leyla Əliyeva Keniya prezidenti ilə görüşüb
- Azərbaycanın D8-ə üzvlüyü: Yeni dünyanın qurulmasına qatılmaq üçün etimad
Rəylər