Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Qreta Tunberq ölümlə hədələndiyini açıqlayıb
İsveçli eko-fəal Qreta Tunberq ölümlə hədələndiyini açıqlayıb.
18 yaşlı Q.Tunberq bədxahların ucbatından hətta yaşayış yerini dəyişməli olduğunu da acılayıb.
Qeyd edək ki, “Time” jurnalı dekabrın 2019-cu ildə Qreta Tunberqi “İlin adamı” elan edib.
İsveçli yeniyetmə Qreta Tunberq son bir ildir haqqında ən çox danışılan aktivistlərdən biridir.
İqlim dəyişikliyi, qlobal istiləşməyə etiraz edən 18 yaşlı məktəblinin fəaliyyətinin ilkin mərhələsi “İqlim üçün məktəb tətili”dir.
O, 2018-ci ilin avqust ayında məktəbə getməkdən imtina edərək İsveç Parlamenti qarşısında tətilə başlayıb.
2019-cu il martın 15-də 112 ölkədən təxminən 1 milyon 400 min şagird bu aksiyaya qoşulub.
Mənbə: LaSexta
Rəylər