Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Qrossidən həyəcan təbili: "Zaporojye AES-in nüvə təhlükəsizliyi təhdid altındadır"
Ukraynada Zaporojye atom elektrik stansiyasının (AES) nüvə təhlükəsizliyi stansiyanın qeyri-sabit xarici enerji təchizatı səbəbindən təhdid altında qalır.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) baş direktoru Rafael Qrossi bildirib.
Onun sözlərinə görə, xarici enerji təchizatı Ukrayna münaqişəsi boyu AES-in nüvə təhlükəsizliyinin ən zəif yeri olub.
"Təəssüf ki, bununla bağlı vəziyyət yaxşılaşmayıb. Oradakı mütəxəssislərimiz hadisələri diqqətlə izləməyə davam edəcək və biz təhlükə altında olan stansiyada nüvə təhlükəsizliyi barədə dünyaya məlumat verməyə davam edəcəyik", - deyə BAEA-nın mətbuat xidməti Qrossinin sözlərindən sitat gətirib.
"Atom elektrik stansiyası (AES)" teqi üzrə xəbərlər
- Natanzdakı nüvə obyektlərində radioloji çirklənmə aşkarlanıb
- "Google" gələcəyin enerjisini seçdi: Süni intellekt üçün atom stansiyaları tikir
- İspaniyada elektrik kəsintisi Fransada AES-in reaktorunun işini dayandırıb
- ABŞ Zaporojye AES ətrafındakı ərazini öz nəzarətinə almaq istəyir
- Lukaşenkonun Putindən xahişi məlum oldu