Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

"Real Madrid" 20 yaşlı müdafiəçinin transferini tamamladı
"Real Madrid" 20 yaşlı mərkəz müdafiəçisi Din Höysenin transferi ilə bağlı "Bornmut"la razılıq əldə edib.
Oxu.Az "Marca" nəşrinə istinadən xəbər verir ki, tərəflər artıq sənədləşmə işlərinə başlayıblar.
Mənbənin sözlərinə görə, transfer artıq rəsmiləşib. "Kral" klubu "Bornmut"a ümumilikdə 50 milyon funt sterlinq (təxminən 59.3 milyon avro) məbləğində təzminat ödəyəcək. Bu məbləğ üç hissəyə bölünəcək və ödənişlərin 10%-i "Yuventus", 5%-i isə "Malaqa" klublarına çatacaq.
Bildirilir ki, "Real Madrid" Din Höysen uğrunda mübarizədə İngiltərə nəhəngləri "Çelsi" və "Liverpul"u qabaqlayıb.
İspaniya millisinin üzvü cari mövsümdə bütün turnirlərdə 34 oyunda iştirak edib, 3 qol vurub və bir məhsuldar ötürmə verib. "Transfermarkt"a görə, futbolçunun bazar dəyəri 42 milyon avrodur.