Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Volodimir Zelenski: "Ukraynanın Rusiya ilə danışıqlarda iştirakı Ərdoğanla görüşdən sonra bilinəcək"
Ankaraya səfər edən Ukrayna Prezidenti Volodimir Zelenski türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla danışıqların bir neçə saat davam edəcəyini bildirib.
Bu barədə Oxu.Az Ukrayna KİV-ə istinadən xəbər verir.
V.Zelenski qeyd edib ki, Ukrayna nümayəndə heyəti bütün səviyyələrdə, o cümlədən ən yüksək səviyyədə təmsil olunur.
O, həmçinin Vladimir Medinskinin başçılıq etdiyi Rusiya nümayəndə heyətinin səviyyəsini "saxta" adlandırıb.
"Görək, onların qərar qəbul etmək mandatı varmı?" - deyə o bildirib.
Volodimir Zelenski təsdiqləyib ki, Ukraynanın Rusiya ilə danışıqlarda iştirakı ilə bağlı qərarı Ərdoğanla görüşdən sonra açıqlayacaq.
Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşmək üçün Türkiyəyə gəlib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə 24tv.ua məlumat verib.
Məlumata görə, Zelenskinin təyyarəsi Ankara hava limanına eniş edib.
"Rusiya-Ukrayna danışıqları" teqi üzrə xəbərlər
- Rusiya-Ukrayna danışıqları yenidən İstanbulda keçiriləcək?
- Rusiya Ukraynaya 1 200 hərbçinin cəsədini təhvil verdi
- Rusiya ilə Ukrayna arasında növbəti əsir mübadiləsi baş tutub
- Ukrayna və Rusiya arasında növbəti əsir mübadiləsi baş tutub
- Tramp: "2020-ci ildə prezident seçkisi saxtalaşdırılmasaydı, bu müharibə baş verməzdi"