Venesuelanın müxalifət lideri Xuan Quaydo öz hərəkətlərinə görə ən ağır cəzaya layiqdir.
TASS-ın məlumatına görə, bu fikri Konstitusiya Assambleyasının üzvü Mariya Leon səsləndirib.
“Vətən xainləri nə edirlər, bilirsiniz?”, - deyə M.Leon assambleya iştirakçılarından soruşub.
“Divara söykəyirlər, divara”, - deyə zaldakılar onun güllələnməsi ideyasını dəstəkləyib.
Leonun sözlərinə görə, Quaydonu təkcə deputat toxunulmazlığından məhrum etmək kifayət deyil və vətən xainlərini mütləq güllələmək lazımdır.
Xatırladaq ki, bir müxalifətçi deputatın belə yer almadığı təsisedici orqan aprelin 2-də X.Quaydoya qarşı cinayət işinin qaldırılması və deputat toxunulmazlığının ləğv olunması ilə bağlı Ali Məhkəmənin vəsatətini təmin edir.