Qüds şəhərində terror aktı törədilib. Hadisə Minharot nəzarət-keçid məntəqəsi yaxınlığında baş verib.
Bu barədə Oxu.Az "Vesty.co.il" nəşrinə istinadən xəbər verir.
Məlumata görə, terrorçu şəhərin girişində nəqliyyat vasitəsini insanların üzərinə sürüb.
Hadisə nəticəsində iki yeniyetmə yaralanıb, avtomobili idarə edən şəxs təhlükəsizlik qüvvələri tərəfindən zərərsizləşdirilib.