Türkiyənin Çanaqqala şəhərinin Bozcada bölgəsində bədbəxt hadisə baş verib.
"Haber Global"ın məlumatına görə, Ümran Önür adlı mühəndis dostları ilə birlikdə tətil edərkən günəşin qürubunu izləmək qərarına gəlib.
Çox keçmədən dostlarından ayırlan gənc qız dağlıq əraziyə tərəf yol alıb. Xeyli vaxt keçməsinə baxmayaraq, Ümrandan xəbər çıxmayıb.
Bir gün sonra cansız cəsədi tapılan Önürün tarazlığını itirməsi səbəbindən uçurumdan düşdüyü bildirilir.