Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Quterreş BMT-nin ən mühüm vəzifələrinin birindən danışdı
“Qlobal ərzaq təhlükəsizliyinin təmini üçün “Taxıl sazişi”nin bərpası BMT-nin ən mühüm vəzifələrindən biridir”.
Bu barədə təşkilatın baş katibi Antonio Quterreş bəyan edib.
O, bu gün mövcud olan bir sıra məhdudiyyətləri aradan qaldırmaq üçün mümkün olan hər şeyin edilməli olduğunu bildirib.
“Burada əsas məqsədlərdən biri Qara dəniz təşəbbüsünü bərpa etməkdir”, - deyə baş katib vurğulayıb.
Quterreş, həmçinin bildirib ki, “Taxıl sazişi”nin qaytarılması qarşılıqlı təminatlar sisteminin yaradılmasını tələb edir. Buna əsasən, Rusiya ərzaq və gübrə ixrac etmək imkanlarına arxayın olmalı, Ukraynadan taxıl ixrac etməkdə maraqlı olan ölkələr isə Rusiyanın Qara dəniz taxıl təşəbbüsünün bərpasına hazır olduğunu bilməlidirlər.
Mənbə: TASS
"Antonio Quterreş" teqi üzrə xəbərlər
- Qərbi Azərbaycan İcması BMT Baş katibi və qurumun rəsmilərinə məktublar ünvanlayıb
- Beynəlxalq ictimaiyyətdən Azərbaycana başsağlığı mesajları gəlməkdə davam edir
- Kibercinayətkarlığa qarşı BMT Konvensiyası qəbul edilib
- Moldova portalı: Azərbaycan COP29-da ekoloji diplomatiya sahəsində sıçrayış etdi
- Səudiyyə qəzeti COP29-un nəticələri barədə yazıb
Rəylər