Çərşənbə günü Qvatemalada yeniyetmələr üçün sığınacaqda baş verən yanğın nəticəsində ölənlərin sayı 40 nəfərə çatıb.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, daha bir zərərçəkən bazar günü “Ruzvelt” xəstəxanasında aldığı yaralardan dünyasını dəyişib.
Qvatemala xəstəxanalarında 15 nəfər zərərçəkən yerləşdirilib, onlardan 10-nun vəziyyəti ağırdır. Dörd yeniyetmə qız müalicə üçün ABŞ-ın Texas ştatının Qalveston şəhərinə göndərilib.
Faciədən sonra Qvatemala hökuməti üçgünlük matəm elan edib.
N.О.
www.oxu.az