Haaqa Beynəlxalq Cinayət Məhkəməsi Bosniyanın keçmiş serb lideri Radovan Karadzicə hökm oxuyub.
Oxu.Az BBC-yə istinadən xəbər verir ki, hakimlər onu 40 il azadlıqdan məhrum edib.
R. Karadjiç Srebrenitsada 8 min müsəlmanın soyqırımını törətməkdə ittiham edilir. Karadzic 11 illik axtarışdan sonra 2008-ci ildə saxlanıb.
O, 1992-1998 illəri arasında 100 min insanın ölümünə, 4 milyon bosniyalının evsiz qalmasına səbəb olan müharibə zamanı insanlığa qarşı cinayət və soyqırımda günahlandırılırdı.
E.Ə.
www.oxu.az