Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
“Rafaello” erməniləri qəzəbləndirdi
Ermənistan mağazalarında üzərində Azərbaycan dilində yazılar olan konfetlər satışa çıxarılıb. Bu barədə Ermənistanın Qida Təhlükəsizliyi Dövlət Xidmətinin rəhbəri Georgi Avetisyan məlumat verib.
Sputnik-Ermənistanın məlumatına görə, Avetisyan məsələnin narahatlıq doğurduğunu diqqətə çatdırıb:
“Konfetlərin üzərində erməni dilində markalanma yoxdur, əvəzində Azərbaycan dilində məlumat dərc edilib. Bu o deməkdir ki, qanunvericilik pozulub və bu məhsullar Ermənistana ixrac edilmək üçün nəzərdə tutulmayıb”.
Söhbət İtaliyanın “Ferrero SpA” firmasının istehsalı olan “Rafaello” və “Ferrero Rocher” markalı şirniyyatlardan gedir.
Şirniyyat Ermənistana İtaliya tərəfindən deyil, naməlum təşkilat tərəfindən gətirilib.
“Biz idxalçını tapa bilmədik. Bu məhsullar ya qaçaqmalçılıq yolu ilə, ya da dövlət rüsumundan yayınmaq üçün 25-50 kiloluq partiyalarla gətirilib. Bütün məhsullar xidmət tərəfindən müsadirə olunub”,- deyə xidmət rəhbəri bildirib.
"Azərbaycan" teqi üzrə xəbərlər
- İki nəhəngin çəkişməsi, 47-ci prezident və Bakının manevrləri - Yeni dünya nizamı necə olacaq?
- İran Zəngəzur dəhlizi ilə bağlı mövqeyini dəyişir? - "Tehranın yanaşması ifşa olunmalıdır"
- Azərbaycanın etirazına İrandan reaksiyalar
- İranda molla rejimi dəyişə bilər: "Bu cür sistemlərin ömrü uzağı 70 il olur"
- Suriyadan Cənubi Qafqazadək təsir dairəsi: "Manipulyator ölkələrdə sistem dəyişikliyi olacaq"
Rəylər