Dünəndən erməni KİV və sosial şəbəkələrin erməni seqmentində əməlli-başlı canlanma var – Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov “erməni soyqırımı”nı rəsmi şəkildə tanıdı. (https://twitter.com/KadirovRussia).
Oxu.Az Vesti.az-a istinadən xəbər verir ki, bizim ölkədə Ramzan Kadırovun belə açıqlaması anlaşılmazlığa və qıcıqlanmaya səbəb oldu.
R.Kadırov öz Tvitter bloqunda yazıb:
“1999-cu il 24 aprel Ermənilərin soyqırımının ildönümüdür”; “Ay aman, azərbaycanlıları ermənilərin soyqırımının tanınması necə yandırır. Bu aydındır, axı özləri də Sumqayıtda erməniləri öldürüblər”; “Şərhlərdə erməni soyqırımı ilə əlaqədar ermənilər “təşəkkür”, azərbaycanlılar isə “soyqırımı olmayıb, ermənilər isə əclafdır” deyə yazıblar”.
Bununla yanaşı əsəbiləşən azərbaycanlıları R.Kadırov “Dni.ru” saytına yönləndirir, bu saytda isə Türkiyənin baş naziri R.T.Ərdoğan “erməni soyqırım”ı üçün üzr istəyib, amma məlumdur ki, Türkiyənin hakimiyyət başçısının müraciətinin məğzi başqadır.
R.Kadırov heç bir “soyqırımı” tanımayıb. Çeçen Respublikası başçısının Katibliyinin mətbuat xidmətində bildiriblər ki, Ramzan Kadırovun Tvitter-də həqiqətən mikrobloqu var. Amma mikrobloqun ünvanı “https://twitter.com/KadirovRussia” yox, “https://twitter.com/RKadyrov”-dur.
“Ramzan Kadırovun Tvitter-də başqa mikrobloqu yoxdur. Saxta mikrobloq yaradıb, onun adından kiminsə, hardasa, nəsə yazdıqlarına görə biz məsuliyyət daşımırıq”, - Qroznıdakı həmsöhbətimiz dedi.
İndi isə Ramzan Kadırovun Tvitter-dəki mikrobloquna baxın. 24 aprel tarixində edilən dərclərin heç birində soyqırıma işarə belə yoxdur.
Ola da bilməzdi – onun ermənilər, çeçen müğənnisi Xeda Xamzatovanın erməni boy-frendi haqqında dediklərini xatırlasaq, aydındır ki, kim isə Azərbaycan və çeçen xalqlarının qarşıdurmasını yaratmağa çalışır. Amma ermənilər bu dəfə yaman pərt oldular.