Bu gün 13.15-də Bakının Nizami rayonunda 24 yaşlı qız intihara cəhd edib.
Oxu.Az Vesti.az-a istinadən xəbər verir ki, bu barədə Nizami rayon Polis İdarəsində bildiriblər.
Xəbər verildiyi kimi, Günel adlı qız Qara Qarayev prospektində yerləşən 31 nömrəli evin 7-ci mərtəbəsinin eyvanından özünü atmaq istəyib.
Xoşbəxtlikdən qızı xilas etmək mümkün olub. Bunu Şamil adlı cavan bir oğlan edib. O, 6-cı mərtəbənin eyvanına keçərək Güneli xilas edib.
Hal-hazırda istintaq orqanları qızı intihara sövq edən səbəbləri aydınlaşdırmağa çalışır.