Çeçenistanın başçısı Ramzan Kadırov koronavirusa yoluxanların müalicə aldığı Qroznı klinik xəstəxanasını ziyarət edib.
Bununla bağlı o, özünün “Instagram” səhifəsində kadrlar paylaşıb.
R.Kadırov bildirib ki, iki nəfər ağciyərlərin süni ventilyasiyası, dörd nəfər isə oksigen dəstəyi aparatına qoşulub. Qalan pasiyentlərdə xəstəlik fəsadsız davam edir.
Qeyd edək ki, Çeçenistanda 219 yoluxma halı qeydə alınıb. Xəstəlik tutanlardan 23-ü sağalıb, beşi isə ölüb.